Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Siyasət / Nəsimi rayonunda  xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüş keçirilib
????????????????????????????????????

Nəsimi rayonunda  xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüş keçirilib

Tədbirdə Nəsimi rayonunda yeni istifadəyə verilmiş  satış mərkəzi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, əsasən yerli məhsulların satışı üçün nəzərdə tutulan mərkəz öz fəaliyyətini daha da genişləndirmək niyyətindədir. Dövlət siyasətinə uyğun olaraq Azərbaycana xarici investisiyanın cəlb edilməsi də əsas məqsədlərdəndir. Bütün bunlar nəzərə alınaraq “Yaşıl market”də xarici ölkələrin istehsalçıları ilə də əlaqələrin qurulması nəzərdə tutulub. Bildirilib ki, xarici ölkələrin istehsalçıları, restoranları da satış mərkəzi ilə əməkdaşlıq edə bilər. Burada onların fəaliyyəti üçün lazım olan bütün imkanlar yaradılacaq. Qonaqlar  geniş ərazidə yerləşən açıq və bağlı satış məntəqələrini gəzmiş, ayrı-ayrı pavilionlarla tanış olaraq söhbətlər etmişlər. Pavilionlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan müxtəlif çeşiddə kənd təsərrüfatı, ərzaq və qida məhsulları -satışa çıxarılan Azərbaycan məhsulları ilə tanış olublar. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri əməkdaşlıq üçün burada imkanların olduğunu və bu barədə öz ölkələrinin müvafiq qurumları ilə danışıqlar aparacaqlarını bildiriblər.

Azinforum.az

Həmçinin oxuyun

“Nazim Bəydəmirli YAP-dan xaric edilib”- Partiyadan açıqlama

Son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun (Bəydəmirli) sosial şəbəkələrdə, bəzi KİV-lərdə etdiyi çıxışları və …

Bir cavab yazın