Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Milli Şuranın mitinqində 1500 nəfər iştirak edib – Bakı Şəhər Baş Polis İdarəsindən mitinq açıqlaması

Milli Şuranın mitinqində 1500 nəfər iştirak edib – Bakı Şəhər Baş Polis İdarəsindən mitinq açıqlaması

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının mitinqi barədə məlumat yayıb.
BŞBPİ-dən verilən məlumata görə, aprelin 8-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
İdarədən bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
mia.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın