Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Mehman Sadıqov yenidən Penitensiar Xidmətin sözçüsü oldu

Mehman Sadıqov yenidən Penitensiar Xidmətin sözçüsü oldu

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni kadr təyinatı olub.

Məlum olduğu kimi, bir müddət əvvəl İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov öz ərizəsi ilə işdən ayrılıb.

Modern.az saytının əldə etdiyi məlumata görə, İctimaiyyətlə əlaqələr şöbəsinə əvvəllər də bu şöbənin rəisi olmuş polkovnik Mehman Sadıqov gətirilib.

Qeyd edək ki, M.Sadıqov təxminən 2 il əvvəl vəzifəsindən azad edilərək eyni statuslu digər vəzifəyə təyin olunub.

Polkovnik həmin müddətdə Penitensiar Xidmətin “Cəmiyyət və cəza” ictimai-siyasi elmi-təcrübi jurnalının baş redaktoru – şöbə rəisi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın