Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / Masallıda DYP rəisinin hegemonluğu davam edir

Masallıda DYP rəisinin hegemonluğu davam edir

Masallı DYP-nin rəisi Afət Mirzəyevdən şikayət edənlərin sayı günbəgün artır. Onun rayonda özbaşınalıqla məşğul olduğu, sürücülərə qarşı qanunsuz hərəkət etdiyinə dair edilən şikayətlərdə daha biri əlavə olunub.

DİA.AZ-a müraciət edən Masallı rayon sakini (məlum səbəbdeən adının çəkilməsini istəmir – red.) bildirir ki, rayon DYP-nin rəisi Afət Mirzəyev ona şəxsi maşını ilə hərəkət etməyə imkan vermir. Onun sözlərinə görə, belə bir vəziyyətin yaranmasına səbəb hər dəfə Mirzəyev ondan pul istəyərkən verməsi, lakin sonuncu dəfə bu tələbini yerinə yetirməməsidir. «Məndən pul istəyəndə dedim ki, qonaqlarım gəlib. Onları yola saldıqdan sonra görüşəcəyimə söz verdim. 6 ay ərzində 300-500 manat arasında pul vermişəm».

Zamin Zeynalov qeyd edir ki, Afət Mirzəyev bunun müqabilində onun maşınını cərimə meydançasına aparıb: «Maşınla dayanacaqda durmuşdum. Afət Mirzəyev maşını görüb yaxınlaşdı və açarları tələb etdi. Səbəbini soruşduqda isə cavabında bildirdi ki, hər şey şöbədə məlum olacaq. Həmçinin Afət Mirzəyev həmin vaxt şəxsi maşını ilə gəlmişdi və axırda məcbur olub DYP inspektorlarını çağırdı. Sonradan məlum olub ki, mənim maşınımın arxa burjinləri kəsilib. Buna görə protokol yazıldı və maşınım cərimə meydançasına qoyuldu».

Rayon sakini sual edir ki, 6 ay ərzində Afət Mirzəyev və işçiləri niyə onun maşınının arxa tərəfdən burjininin kəsildiyini bilməyiblər? «Səbəb birdi. Mən Afət Mirzəyevə pul vermədiyim üçün bu addımı atıb. Özü də açıq şəkildə mənə bildirdi ki, ona vaxtında pul çatdırmadığım üçün bu hərəkət edib. Və kimə istəyirəmsə, şikayət edə bilərəm. Ona da heç kim heç nə edə bilməyəcək».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın