Ana səhifə / Cəmiyyət / Milli Məclis növbədənkənar xüsusi iclas ÇAĞIRDI

Milli Məclis növbədənkənar xüsusi iclas ÇAĞIRDI

Sentyabr 14-də Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası keçiriləcək. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

İclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir. Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.

“Milli Məclisin sentyabrın 14-də keçiriləcək növbədənkənar xüsusi plenar iclası Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə ilə bağlıdır. Milli Məclisin daxili nizamnəməsinə görə, deputatların müraciətləri əsasında Milli Məclisin növbədənkənar plenar iclasının keçirilməsi qərarlaşdırılıb. Sentyabrın 14-də baş tutacaq iclasda əsas müzakirə olunacaq məsələ Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi olacaq. İclasın gedişatından deputatların çıxışlarından asılı olaraq qərar qəbul ediləcək”,- Akif Təvəkküloğlu bildirib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın