Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Məleykə Əsədovanın qalmaqala səbəb olan villasının görüntüləri – VİDEO

Məleykə Əsədovanın qalmaqala səbəb olan villasının görüntüləri – VİDEO

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Xalq artisti Məleykə Əsədova ilə bağlı ölkə.az -a müsahibəsində “Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, o birində isə Məleykə xanım yaşayırdı” deməsi bu gün sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

M.Əsədova isə yenicag.az-a açıqlamasında A.Bəşirovun söylədiklərinə etiraz olaraq “1988-ci ildə “Baksovet”də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pulla almışam. Bir mənzildə iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradıcı insan kimi o evi mənə verdilər. Onu satıb, indiki evimi tikmişəm”, – deyib.

Bu ilin aprelində isə ARB TV-nin “Evgördü” verilişinin yaradıcı heyəti Xalq artistinin möhtəşəm villasında çəkiliş aparmışdı. Həmin görüntüləri təqdim edirik.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın