Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Siyasət / LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib

Lənkəran Dövlət Universitetində “Məzun-2017” proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkası keçirilib.  Universitetdn Azinforum.az-a verilən məlumata görə , Lənkəran şəhər icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Açıq qapı günündə rayon rəsmiləri, LDU-nun bu ilki məzunları,valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və onlara bu elm ocağı barədə ətraflı məlumat verib, tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxxəssislərin hazırlanması istiqamətində son bir ildə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 500-ə qədər məzuna iş probleminin həllində dəstək olduğunu deyib, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.


Lənkəran şəhər icra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, sosial iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimov, Lənkəran rayon məşğulluq mərkəzinin direktoru Rahib Quliyev, mebel emalı və satışı üzrə ticarət mərkəzinin direktoru Elnur Əliyev, Bakı Biznes tədris mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Firdovsi Axundov,Gilan Holdinq-in insan resursları şöbəsinin rəhbəri Coşqun İmanquliyev və başqaları çıxışlarında tədbirin böyük əhəmiyyətindən bəhs edərək təklif və rəylərini bildiriblər.
Əmək yarmarkasına təkcə Lənkəranda yox, umumiyyətlə ,cənub bölgəsində fəaliyyət göstərən 27 dövlət və özəl müəəssisə 140 boş (vakant ) iş yeri çıxarıb.Təklif olunan boş (vakant )yerlərə bu ilki məzunlardan 270 nəfər iştirak ərizəsini təqdim edib.

Tədbir iştirakçıları belə bir tədbirin təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə təşkilatçılara öz təşəkkürünü bildiriblər.
Qeyd edək ki,bu, LDU-da təşkil olunan ilk açıq qapı günü və əmək yarmarkasıdır.

Həmçinin oxuyun

Prezident Ramil Usubovu qəbul etdi – Foto

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə …

Bir cavab yazın