Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov “Günəşli” yatağında yanan əraziyə gedib

Kəmaləddin Heydərov “Günəşli” yatağında yanan əraziyə gedib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Günəşli” neft yatağında yanğın baş verən 10-cu dərin dəniz özülünə gedib.

APA-nın məlumatına görə, nazir əraziyə baxış keçirib, özüldə yanğının söndürülməsi, habelə hadisə nəticəsində itkin düşənlərin axtarışı tədbirləri ilə tanış olub.

SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerində yaradılmış operativ qərargahdadır.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın