Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Kəbirə Məmmədovanın ailəsindən açıqlama

Kəbirə Məmmədovanın ailəsindən açıqlama

Bu gün Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın ailə üzvü açıqlama verib.

“ Azinforum.az ” xəbər verir ki, Sonxeber.az-a açıqlama verən K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov deyib ki, “VAZ-2104”-ün sürücüsü Gülağa Quliyev onun qonşusüdur.

“Şəkilləri yayılan “Mercedes” markalı maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrənin Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. K.Məmmədovanın bu məslə ilə bağlı əlaqəsi yoxdur. Adı çəkilən klinika bizimdir. Bu məsələnin bizimlə nə əlaqəsi var? Avtomobil qanuni sənəddə Gülağaya aiddir. Nömrə də sənədləşdirmədə onun adındadır. Lakin maşın şirkətin balansındadır. Klinika hazırda təmirdədir”.

V.Məmmədov əlavə edib ki, G.Quliyev onun qapıbir qonşusudur, 1973 təvəllüdlüdür. Ata –anası vəfat edib. İki qızı var: “Ailəsi hadisədən məlumatlıdır. Hazırda cəsədi morqdan götürüblər. Şüvəlana gətirirlər. Bir saat sonra dəfn olunacaq. O, bizim yaxın qonşumuzdur. Allahın köməyi ilə nə lazımdır kömək edəcəyik”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın