Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət /  Jurnalistlər üçün tikilən binanın nə vaxt təhvil veriləcəyi açıqlandı

 Jurnalistlər üçün tikilən binanın nə vaxt təhvil veriləcəyi açıqlandı

Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Bakının Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında media nümayəndələri üçün inşa edilən ikinci binanın nə vaxt təhvil veriləcəyini açıqlayıb.

V.Səfərli Publika.az-a açıqlamasında deyib ki, sözügedən bina 2016-cı ilin sonunda KİV nümayəndələrinə verilə bilər: “Bu il qeyd ediləcək mətbuatın 140 illik yubileyi ərəfəsində jurnalistlərə mənzillər paylanmayacaq. Çünki hazırda bina hələ tam hazır deyil. Binanın gələn ilin sonunda təhvil verilməsi planlaşdırılır. Yəqin ki, gələn il binanın tam hazır olmasına 1-2 ay qalmış mənzillərlə bağlı müvafiq sənədlərin yığılması elan ediləcək. İnşallah gələn ilin sonuna bu mümkün olacaq”.

Həmçinin oxuyun

““Human Rights Watch” hesabatı birtərəflidir və gerçəkliyi əks etdirmir” – DEPUTAT

“Human Rights Watch” təşkilatı Azərbaycanı komalaşmış döyüş sursatlarından (cluster munitions) istifadə etdiyinə görə tənqid edib, …

Bir cavab yazın