Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İslamiada qurtardı: Bakıda “sarı zolaq qadağası” ləğv olunur

İslamiada qurtardı: Bakıda “sarı zolaq qadağası” ləğv olunur

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyət müddətlərinin bitməsi ilə bağlı sürücülərə müraciət edib.

Virtualaz.org-un məlumatına görə, müraciətdə bildirilib ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə cari il may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın