Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İlham Mirzəyev iflic olmayıb – Rəsmi

İlham Mirzəyev iflic olmayıb – Rəsmi

İlham Mirzəyevin iflic olması ilə bağlı yayılan xəbərlər əsassızdır.

 

Bu barədə Axar.az-a Penitensiar Xidmətdən məlumat verilib.

 

“İlham Mirzəyevin səhhəti normaldır. Bizim həkimimiz, tibb xidmətimiz var. Nəsə olsaydı, xəbərimiz olardı. Bu haqda məlumatı mətbuatdan öyrəndik”, – bildirilib.

 

Qeyd edək ki, aparıcı İlham Mirzəyevin iflic olması ilə bağlı xəbər müğənni Xəyyam Nisanovun Feysbuk səhifəsində yayılmışdı. Müğənni Axar.az-a açıqlamasında bildirib ki, bu məlumatın onun səhifəsinə necə düşməsindən xəbəri yoxdur.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın