Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / İcra başçısından sahibkara qarşı plakat sabotajı

İcra başçısından sahibkara qarşı plakat sabotajı

“Ramiz Yediyarov sizin adınızdan istifadə edərək sahibkarlara divan tutur”

Gədəbəy İcra Hakimiyyətinin sahibkarlara qarşı qanunsuzluqları, onlara divan tutması haqda daha bir məktub almışıq. Dövlət başçısına ünvanlanmış, bir neçə mətbu orqana surəti göndərilən məktuba qanunsuzluqların miqyasını göstərən fotoşəkillər də əlavə edilib. “Yeni Müsavat”a daxil olan məktubda heyrətamiz qanunsuzluqdan söhbət açılır.  Məktubu olduğu kimi dərc edirik. 
Məktubda deyilir: 
 
“Hörmətli  cənab Prezident!
Xahiş edirik bu şəkillərə diqqətlə baxasınız. Şəkildən göründüyü kimi, sizin Gədəbəy rayonuna səfəriniz  zamanı etdiyiniz çıxışdan bir abzas çap edilərək böyük plakat şəklində divara vurulmuşdur. Amma çox təəssüf ki,  həmin divar adi istinad divarı deyil. Həmin divar  Gədəbəy rayon  sakini, sahibkar Fəxrəddin Fərəməz oğlu Bağırova məxsus obyektin Heydər Əliyev prospektinə  çıxışını bağlamaq üçün rayonun icra başçısı Ramiz  Yediyarov tərəfindən qanunsuz inşa edilmliş maneədir. Əgər həmin plakat götürülsə və plakatın vurulduğu, sonradan kərpiclə tikilmiş divarı sökülsə, o zaman  sahibkar F.Bağırovun obyektinin H.Əliyev prospektinə açılan qapı və pəncərələri görünər. Vaxtınızı çox  almadan Yediyarovun bu  plakat “tilsimi ” haqda əsl  həqiqəti diqqətinizə çatırmaq istərdik.
Məsələ ondadır ki,   Yediyarov Gədəbəy rayonuna icra  başçısı təyin edildiyi  gündən başqa sahibkarlar kimi F.Bağırovu da sıxışdırmağa başladı. Ən müxtəlif  təzyiqlərdən sonra  hətta obyektin dağıdılması üçün məhkəməyə belə müraciət edən icra başçısı sənədlərin qanuni olması  səbəbindən istəyinə çata bilmədi. Hikkəsinə qalib gəlməyi  bacarmayan bu başçı kərpic hörgü ilə F.Bağırovun obyektinin prospektə açılan girişini bağladı. Amma məsələ təkcə bununla bitmədi. F.Bağırovun ayrı-ayrı instansiyalara mütəmadi şikayətlərindən narahat olan  başçı ölkədə heç bir məmurun yol vermədiyi eybəcər yola əl atdı.
Belə ki,  gördüyünüz həmin plakatı  çap etdirərək obyektin bağlanmış girişinə vurdurdu və sahibkara ismarış göndərdi ki, “plakat yuxarıların  tapşırığı ilə vurulub, bundan sonra hər hansı dövlət  orqanına şikayət edərsənsə, dövlətə və Prezidentə qarşı  çıxmış olarsan.  Aqibətin yaxşı  olmaz”. Başçının  şantajından ehtiyatlanan sahibkar susmağa məcbur olur  və uzun müddətdir ki, belə çətin şəraitdə işini davam  etdirir. Amma yaxın zamanlarda fəaliyyətini tamam  dayandırmaq məcburiyyətindədir. Onu da qeyd edək ki, Yediyarovun şantajından təngə gəlmiş bu şəxs rayonda hamının bildiyi, qeyd  etdiyimiz  həqiqət  barədə  danışmaq belə istəmir.
 
Hörmərli  cənab  Prezident!
Siz hər çıxşınızda yerli icra orqanlarına sahibkarların  fəaliyyətinə mane olmamaq barədə tapşırıq verirsiniz.  Amma R.Yediyarov nəinki tapşırığa əməl edir, birbaşa  sizin adınızdan istifadə edərək sahibkarlara divan tutur.  Rayona səfəriniz zamanı etdiyiniz çıxışlardan belə öz məqsədi üçün istifadə edən bu şəxsin əməllərinə  ad vermək mümkün deyil. Sizin  nüfuzunuzun kölgəsi altında ölkə iqtisadiyyatına bu cür zərbə vuran Yediyarovun keçmiş milli təhlükəsizlik nazirindən heç bir fərqi yoxdur. Belə bir icra  başçısının rəhbərlik etdiyi rayonda hər hansı iş adamının  iş qurmağa həvəsi olarmı?  Göstərdiyimiz təkcə bu fakt  Yediyarovun işdən azad edilməsinə kifayət edir. Amma Yediyarovun başqa cinayətə bərabər qanunsuzluqları da kifayət qədərdir və bu faktların araşdırılaraq müvafiq  tədbir görülməsini sizdən xahiş edirik”.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın