Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / Heydər Əsədovla Abbas Abbasovu bağlayan baytarlıq telləri…

Heydər Əsədovla Abbas Abbasovu bağlayan baytarlıq telləri…

Son dövrlər ölkə mediasında barəsində ən çox bəhs edilən qurumlardan biri də Kənd Təsərrüfatı Nazirliyidir. Ona görə yox ki, məşğul əhalinin əksəriyyəti kənddə yaşayır və bu il də prezident tərəfindən “Kənd təsərrüftı ili” elan olunub. Məsələ burasındadır ki, hər yeni gələn köhnənin ölüsünə rəhmət oxutdurur məntiqi bu dəfə də işə yarayıb və Heydər Əsədovun bu quruma gəlişi çoxlarının gedişinə rəvac verdi…

İnsafən, Kənd Təsərrüfatı Nazirliyində aparılan “islahatlar”a söz ola bilməz. Baxmayaraq ki, Heydər Əsədovun barəsində gündə bir söz yazılır və müxtəlif “şayiələr” yayılır, adam işini davam etdirir. Apardığı “islahatlar” bunu bir daha təsdiq edir. Maraqlısı burasıdır ki, nazirin özününküləşdirdiyi bu islahatlar çox zaman kara gəlir, fəaliyyətini tam mənada dolğun ifadə edir. İndi nazirlikdə illərlə ömrünü bu sahənin inkişafına həsr etmiş adamları çıraqla axtarsan da tapmaq olmaz. Yəni nazirlikdəki yeni ab – hava çoxunu silib – süpürüb. Bax buna görə Əsədovun “islahatlar”ına “alqış” deyirik.
Yeni nazirin köhnə komandadadan saxladığı bircə nəfərdir ki, bu lütfkarlığın da özəl səbəbləriylə bağlı məlumatlar dolaşır. İndi – indi aydın olur ki, nazirliyin Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovaya bu qədər hörmət – izzət haradan qaynaqlanırmış. Yəni hörmət hörmətə bağlıdır. Vaxtilə Abbas Abbasovun göstərdiyi münasibətin əvəzini qaytaran S. Rüstəmova həm də qohumluq əlaqələrinə görə keçmiş baş nazirin birinci müavinin bu gün də yaxın adamı kimi tanınır və nazirlikdə söz sahibi kimi seçilir. Onun A. Abbasovun qardaşı Nadirin yaxın qohumu olduğu da deyilir. Çox maraqlıdır ki, nazir H. Əsədov da bunu bildiyi halda, Siyalə xanıma “gözün üstə qaşın var demir. Yəqin ki, elə bağlılıq var ki, bu qrupu bir – birindən ayırmaq qeyri – mümkündür. Dəfələrlə KİV – də S. Rüstəmovanın rəhbərlik etdiyi xidmətdə külli miqdarda yeyintilər haqqında yazılmasına baxmayaraq, o yenə də öz vəzifəsində qalır və əməllərinə görə məsuliyyət daşımır. Görəsən, bu yeyintilərdən qohumu Nadirə də nəsə çatıbmı?

P.S. Yeri gəlmişkən, nazir Heydər Əsədovdan bir məsələyə aydınlıq gətirməsini xahiş edirik. Camaat arasında söz-söhbət gəzir ki, bu ilin taxıl istehsalında 400 min ton “pripiska”ya yol verilib. Bu, doğrudan da belədirmi? Yoxsa Azərbaycan artıq öz taxıl ehtiyacını artıqlaması ilə ödəyib, bu isə hörmətli naziri gözü götürməyənlərin kürkünə birə, yaxud saman salıb…?

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …

Bir cavab yazın