Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Siyasət / Günel Mövludun qardaşları apellyasiya şikayəti verib

Günel Mövludun qardaşları apellyasiya şikayəti verib

Vəkil və Raci İmanov qardaşlarının hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Jurnalist Günel Mövludun qardaşları barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, Vəkil İmanov haqqında Biləsuvar rayon Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edib. Vəkil Fariz Namazlı isə Raci İmanov haqqında məhkəmə qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verdiklərini deyib.
Vəkil və Raci İmanov qardaşlarının hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onların üzərilərinə keçirilən baxış zamanı narkotik vasitə olan marixuana götürülüb.
Hər iki şəxs Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur.

 

Həmçinin oxuyun

“Bolton planı, Qarabağa NATO, daha sonra isə ABŞ qoşunlarının yerləşdirilməsini nəzərdə tuturdu”

“Bolton planı, Qarabağ və İran “sərhədi”ndə (işğal altında olan Azərbaycan əraziləri-red.) əvvəlcə BMT himayəsi altında …

Bir cavab yazın