Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Gölməçələrdə batıb qalan maşınlara sığorta ödənişi edilə bilərmi?

Gölməçələrdə batıb qalan maşınlara sığorta ödənişi edilə bilərmi?

Ötən gündən bəri təkcə Binəqədi şossesində yaranan dərin gölməçələrdən dövlət idarələrinin əməkdaşları tərəfindən 109 ədəd avtomobil çıxarılıb. Ustalar belə avtomobilləri təmir etmək üçün sürücülərin böyük xərc çəkməli olduğunu bildirirlər. Bəs belə avtomobillərə sığorta ödənişi edilə bilərmi?

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, nəqliyyat vasitəsi suda söndükdə onun mühərrikində ciddi problemlər yaranır. Avtomobilin içinə su dolduqda isə elektron sistem yanır ki, bu da xərci bir neçə dəfə artırır. Avtomobilin ilindən və markasından asılı olaraq sürücülər 1000-10 000 manat arasında ziyana düşürlər. Lüks avtomobillərdə isə bu qiymət daha da çox ola bilər. Lakin sürücülər bəzi nüansalara fikir verməklə xərcləri azalda bilərlər.

Ekspertlər bildirirlər ki, dərin gölməçələrdən keçən zaman nəqliyyat vasitəsinin hava filtiri çıxarılsa dərinliyi 1-1,5 metr olan sulardan rahatlıqla keçmək olar.

Dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənilməsinə gəlincə isə, bu yalnız sığorta müqaviləsində qeyd olunmaq şərti ilə kasko sığortası olan avtomobillərə aid edilə bilər.

“Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın