Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fitrəni kimlər və nə qədər verməlidir?

Fitrəni kimlər və nə qədər verməlidir?

Fitrə-zəkatın ödənməsi vacib əməldir. Bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli söyləyib. Onun sözlərinə görə, gündəlik tələbatını təmin edə bilməyən şəxslər fitrə zəkatından azaddırlar: “Orucluq bitdikdən sonra bayram elan olunduğu zaman insanlar fitrə zəkatı verməlidirlər. Bu, Allahın vacib hökmüdür. Hədislərimizdə də qeyd edilib ki, kim fitrə zəkatı ödəməsə, orucu natamam hesab olunur. Hər ailə üzvünün adından 3 kiloqram buğda, arpa, kişmiş, un və ya xurma kimi ərzaqlar verilməlidir. Hazırda bunu real məbləğlə müqayisə etsək, adambaşına təxminən 3-6 və ya 5-10 manat civarında müxtəlif rəqəmlər ola bilər. Yəni minimum 3 manat ödənməlidir. Fitrə zəkatını əsasən oruc tutan insanlar, imkanı olan şəxslər ödəməlidirlər. Lakin gündəlik tələbatını təmin edə bilməyən şəxslər fitrə verməli deyillər, əksinə, onlara fitrə zəkatı verməlidirlər”. Qeyd edək ki, iyulun 17-də Ramazan bayramıdır. Şəriətə görə, fitrə Ramazan bayramı namazına qədər evdən çıxarılmalı və ehtiyacı olanlara verilməlidir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın