Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı – Bakıda

Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı – Bakıda

Azərbaycanda evlənməyə hazırlaşan 20 nəfərdə QİÇS, 115 nəfərdə sifilis aşkarlanıb.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Hemotologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Bu barədə baku.ws-ə danışan Z.Əlimirzəyevanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən müayinədən keçən insanlar əsasən QİÇS, talassemiya, sifilis xəstəlikləri üzrə qan veriblər. Müayinə zamanı talassemiyalı 7 cütlük aşkarlanıb.

Z.Əlimirzəyeva əlavə edib ki, əhalinin 8 faizi irsi qan xəstəliyi olan talassemiya daşıyıcısıdır: “Əgər hər iki cütlükdə bu xəstəlik aşkarlanarsa, o zaman onlara müəyyən məsləhətlər verilir. Çünki bu xəstəlik daşıyıcısı olan insanlar praktiki sağlamdırlar. Onların gələcəkdə övladlarında bu və müxtəlif tipli xəstəliklər yarana bilər”.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bu il iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər məcburi şəkildə tibbi müayinədən keçirlər. Bu qərardan sonra indiyə qədər evlənmək istəyən 36 min 64 nəfər müayinədən keçib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın