Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Etibar Məmmədov Ukraynada “Partiot”un qurultayında çıxış edib

Etibar Məmmədov Ukraynada “Partiot”un qurultayında çıxış edib

AMIP lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov aprelin 25-26-da Kiyevdə Ukrayna “Partiot” partiyasının qurultayında iştirak edib.

Azinforum.az  AMİP-in mətbuat xidmətinə istinadən bildirir ki, qurultayda Etibar Məmmədov təbrik çıxışı edib. O, çıxışında bildirib ki, milli tarixi və əxlaqi dəyərlərdən yayınmaq bir çox dövlətlərin, millətlərin zəifləməsinə, müstəqilliyinin itirilməsinə, qardaş qırğını ilə müşahidə olunan müharibələrə gətirib çıxarıb. “Effektli dəyişiklilkər etmək üçün partiyanın hər bir üzvünün patriot olması vacibdir. Yalnız Ukraynanın əsl patrotları hər bir əzaba dözüb ölkənizi bugünkü çətin vəziyyətdən çıxara bilərlər. Siz həqiqətən də bu istiqamətdə doğru yol tutan partiyasınız və düz düşünürsünüz ki, Ukrayna özünün tarixi kökləri, qədim adət-ənənələri olan bir Avropa dövlətidir. Bu qurultayda iştirak edərək, əmin oldum ki, bu zalda həm adına, həm də mahiyyətinə görə, Ukraynanın əsl patriotları cəmləşiblər və icazə verin partiyanızın həyatında əlamətdar hadisə olan qurultayınızın keçirilmiəsi münasibəti ilə sizləri təbrik edim, partiyanın sədrinə , bütün üzvlərinə qarşılarına qoyduqları məqsədlərinə çatmaqda uğurlar arzulayıram”.

“Patrot” partiyasının sədri Mikola Yaroslavoviç Qolomşa təbrikə görə E.Məmmədova təşəkkür edib. Bildirib ki, partiyalar arasında istər ikitərəfli, itərsə də gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq davam edəcək.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın