Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ermənilərin öldürdüyü Zəhranın anasını aldatdılar -“Kimləri kreslodan yıxacağımı bilirəm”

Ermənilərin öldürdüyü Zəhranın anasını aldatdılar -“Kimləri kreslodan yıxacağımı bilirəm”

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb.
Azinforum.az yenicag.az-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.
Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.
Məsələ ilə bağlı şəhid balamızın atası Elnur Quliyevlə əlaqə saxlanılıb. E. Quliyev, məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:
“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.
Füzuli rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın