Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Eldar Mahmudov üçün seks videolarını çəkən türk şirkəti – “Babil elektrik“ MTN-nin sifarişçisi rolunda

Eldar Mahmudov üçün seks videolarını çəkən türk şirkəti – “Babil elektrik“ MTN-nin sifarişçisi rolunda

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun nazirlikdəki dəstəsinin əsas cinayətlərindən biri də insanların şəxsi həyatının toxunulmazlığına müdaxiləsidir. Avropa Şurasına üzv olan Azərbaycanda da vətəndaşların şəxsi həyatının toxunulmazlığı yerli qanunvericiliklə yanaşı, həm də İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası ilə qorunur. Ancaq buna baxmayaraq, son illər ərzində MTN rəhbərliyi ayrı-ayrı vəzifəli adamları, biznesmenləri seks videoları ilə şantaj edib, onlardan külli miqdarda pul alıb.

Gununsesi.info-ya Eldar Mahmudovun “video əməliyyatları” ilə bağlı sensasion fakt daxil olub. Saytımıza daxil olan məlumatda qeyd olunur ki, bir neçə il əvvəl Bakıdakı restoran, otel və milyonçuların villalasında elektirikləşməni aparan məhşur türk şirkəti “Babil Eelektirik”in ölkəmizdəki rəhbərliyi MTN-nin “toruna düşüb”. Şirkətin Azərbaycanda qalıb fəaliyyət göstərməsi isə yalnız MTN rəhbərliyinin şərtləri daxilində mümkün olub. Bundan sonra şirkət MTN-dən gələn siyahı əsasında həmin obyektlərin elektirikləşməsi zamanı gizli kameraları quraşdırıb.
Bundan sonra MTN asanlıqla imkanlı adamların şəxsi həyatını nəzarətə götürə bilib.
Saytımızı bilgiləndirən mənbə onu da qeyd edib ki, “Babil Elektirik” hazırda Bakıda fəaliyyətini dayandırıb.
Məsələ ilə bağlı şirkətin Bakı təmsilçiliyində çalışan görəvlilərlə əlaqə yaratmaq cəhdlərimiz isə baş tutmadı.
Xatırladaq ki, bir neçə gün əvvəl sabiq MTN zabiti Ərəstun Oruclu gununsesi.info-ya açıqlamasında Eldar Mahmudovun əlində 2800 seks videosu olduğunu demişdi. Bu siyahıda isə nazirlər, icra başçısları, onların övladlarının da adı keçir.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın