Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / DYP-dən “Feysbuk”da canlı yayım edənlərə – Xəbərdarlıq

DYP-dən “Feysbuk”da canlı yayım edənlərə – Xəbərdarlıq

Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan İnstaqram və Feysbuk sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Azvision.az-a bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir.
“Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu. Ona görə də sükan arxasında olan hər kəs diqqətli olmalıdır. Telefonla danışmaq, əllərini sükandan buraxmaq, hətta yanında əyləşən sərnişinlə söhbət etmək inzibati xəta tərkibi yaradır və sürücü məsuliyyə cəlb olunur. Sürücü avtomobili idarəedən zaman canlı yayıma çıxırsa, bu yolverilməzdir, bunu edənlər məsuliyyətə cəlb edilməlidir”- deyə V.Əsədov vurğulayıb.
DYP rəsmisi vurğulayıb ki, avtomobil idarə edərkən canlı yayım edən sürücülər aşkar edildikdə, onlara qarşı cərimələr tətbiq edilir.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …

Bir cavab yazın