Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Deputat generalın oğlunun həbsinin təfərrüatını açdı

Deputat generalın oğlunun həbsinin təfərrüatını açdı

Millət vəkili, hüquq müdafiəçisi, Çingiz Qənizadə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

“Qafqazinfo”ya açıqlamasında deputat Tamerlanın həbsi haqqında yayılan məlumatların həqiqət olduğunu deyib:

“Mətbuatda bununla bağlı xeyli müzakirələr gedir. Qeyd edim ki, Tamerlanın həbsini onun atası Şərif Əsədullayev özü xahiş edib. Belə ki, hadisəni eşidən kimi o, polis orqanları ilə əlaqə saxlayıb və bu barədə məlumat verib. Sözügedən hadisə Azərbaycanda qanunun aliliyini göstərən bir faktdır. Bu, bir azərbaycanlı məmurdan digərinə nümunədir”.

Çingiz Qənizadə həbsin səbəbləri ilə bağlı da danışıb:

“Tamerlan dostları ilə müəyyən bir məkanda olduğu zaman dava-dalaş baş verib. Və Şərif Əsədullayevin oğlu da bu xuliqanlıq hadisəsinin iştirakçısına çevrilib. Şərif 30 ildən artıqdır ki, polis orqanlarında çalışır. Belə hadisələrin günahkarlarının istintaqa cəlb edilməsi üçün işlər görüb, onun bu addımı digərlərinə örnək olmalıdır. Məmurlar qanunu pozan övladlarını cəzadan uzaqlaşdırmaq üçün qapı-qapı gəzmək əvəzinə onları məsuliyyətə cəlb etsinlər”.

Millət vəkili baş verən hadisəni Tamerlan Əsədullayevin ailəsindəki vəziyyətlə də əlaqələndirib:

“Şərif Əsədullayevin iki oğlu var. Onun biri Əli Əsədullayev bir neçə dil bildir, yüksək təhsillidir. Tamerlan isə anası Nargilə xanım dünyasını dəyişəndən sonra sadəcə ana nəzarətindən kənarda qalıb. Görünür ki, onun bu sərbəstliyi, ailə nəzarətinin olmaması onun müəyyən qruplarla oturub-durmasına şərait yaradıb”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə Tamerlanın dayısıdır. Şeyxin bacısı Nargilə xanım xərçəng xəstəliyindən dünyasnın dəyişib.

Qeyd edək ki, prezident İlham Əliyev bir neçə dəfə dövlət məmurlarına övladları ilə bağlı xəbərdarlıq edib. Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu və belə hal baş verərsə həmin şəxslərin işdən qovulacağını bildirib.

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Bir cavab yazın