Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bu institutlara şöbə müdirləri təyin olundu
????????????????????????????????????

Bu institutlara şöbə müdirləri təyin olundu

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda bir sıra kadr məsələlərinə baxılıb.

Büronun qərarı ilə Memarlıq və İncəsənət İnstitutunda AMEA-nın müxbir üzvü Zemfira Səfərova Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rəna Məmmədova İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva Kulturologiya şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Sabir Orucov Şəhərsalma şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Teatr, kino və televiziya şöbəsinin müdiri, Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aygül Hacıyeva Türk dilləri şöbəsinin müdiri, həmçinin filologiya üzrə fəlsəfə doktoru Təhminə İsmayılova Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi vəzifəsinə təsdiq olunublar.

İclasda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi” ilə bağlı sərəncamının icrasına dair müzakirələr aparılıb və müvafiq qərar qəbul edilib.

Sonda digər cari məsələlər müzakirə olunub.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın