Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / BDU-da erməni dili kursları açılır

BDU-da erməni dili kursları açılır

Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq.
Bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, “Düşmənlə öz dilində mübarizə aparaq!” devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.
“6 aylıq kurslarda iştirak etmək istəyənlər əlavə məlumatlar almaq üçün mənə müraciət edə bilərlər”,-deyə o bildirib. Kurslar həftədə 3 gün axşam saat 18-00-da başlayacaq.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın