Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / BAXCP Tofiq Yaqublunun əfv edilməsi xahişi ilə prezidentə müraciət etdi

BAXCP Tofiq Yaqublunun əfv edilməsi xahişi ilə prezidentə müraciət etdi

BAXCP Ali Məclisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edİb.
Partiyanın mətbuat xidmətindən Musavat.com saytına daxil olan məlumatda bildirilir ki, AXCP Ali Məclisi Tofiq Yaqubluya gənc övladının vaxtsız vəfatı ilə əlaqədar dərin hüzünlə başsağlığı verir və onun dəfn mərasimində iştirakına şərait yaradılmasını təqdir edir: “Eyni zamanda, Azərbaycan Respublikasının prezidentinə müraciət edərək, hər bir azərbaycanlının prezidenti kimi, Yaqublu ailəsinə də humanistlik və mərhəmət nümayiş etdirərək ailə üçün bu ağır günlərdə onlara mənəvi dayaq olmağa, Tofiq Yaqublunu əfv etməyə çağırır”.
Müraciətdə daha sonra qeyd olunur:
”Tofiq Yaqublu milli-azadlıq hərakatının öncüllərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkib”.
Qeyd edək ki,”Yeni Müsavat” qəzetin in baş redaktoru Rauf Arifoğlu da ötən həftə prezident İlham Əliyevə belə bir müraciət edib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın