Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Siyasət / Bakıda 12 yaşlı uşağın cinsiyyəti dəyişdirildi

Bakıda 12 yaşlı uşağın cinsiyyəti dəyişdirildi

Xəbər verildiyi kimi, bu gün Bakıda özəl klinikaların birində 12 yaşlı uşaq əməliyyat edilib. Belə ki, doğuşdan anomaliyası olan uşağın daxili orqanları qız, xarici orqanı kişiyə məxsus olub. Buna görə də, azyaşlı əməliyyatla qadına çevirilib.

Uşağın cinsinin dəyişdirilməsi maraq doğurduğundan virtualaz.org saytı əməliyyatın aparıldığı “İstanbul NS” klinikası ilə əlaqə saxlayıb.

Klinikanın baş həkimi Azər Nəsirov saytın əməkdaşına əməliyyatın uğurla icra olunduğunu təsdiqləyib: “Əməliyyat plastik cərrah Dilqəm Məmmədov tərəfindən aparılıb. Uşağın vəziyyəti normaldır”.

Klinikadan deyiblər ki, hadisə mətbuatda işıqlandırılandan sonra xəstəxanaya zənglər edilir: “Buna görə də, bu gün Dilqəm Məmmədov mətbuat nümayəndələrinə açıqlama verəcək. Zənglər çox olduğundan o, bütün sualları açıqlaya bilmir”.

D.Məmmədov isə açıqlamasında əməliyyatdan öncə bütün müayinələrin aparıldığını, Səhiyyə Nazirliyindən razılıq alındığını deyib. Tibbdə buna hermofroditizim deyilir.

Səhiyyə Nazirliyindən isə Azərbaycanda belə əməliyyatların aparılması üçün şəraitin olduğunu deyiblər.

Qeyd edək ki, dünyanın əksər ölkələrində, xüsusilə də Türkiyədə belə əməliyyatlar aparılır. İndiyədək belə xəstələrin Türkiyəyə müraciət etdiyi xəbərlər sırasındadır.

Həmçinin oxuyun

Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları – Əli Həsənov

Azərbaycanda və dünyada baş verən proseslərin arxasında hansı geosiyasi, geoiqtisadi, yaxud lokal siyasi-iqtisadi korporativ maraqların …

Bir cavab yazın