Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bəstəkar Oqtay Zülfüqarov son mənzilə yola salınır – FOTOLAR

Bəstəkar Oqtay Zülfüqarov son mənzilə yola salınır – FOTOLAR

Bu gün səhər saatlarında vəfat edən Azərbaycanın məşhur uşaq musiqisi bəstəkarı, SSR-nin əməkdar incəsənət xadimi, xalq artisti Oqtay Zülfüqarovla vida mərasimi keçirilir.
Musavat.com xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasim artıq başlayıb. Bəstəkarla vidalaşmaq üçün ailə üzvləri və incəsənət xadimləri mərasimə gəlib.
O. Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
 
Qeyd edək ki, xalq artistinin hər iki böyrəyinin fəaliyyəti dayanmışdı. O uzun müddətdir ki, müalicə alırdı.


Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın