Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Azdrama”nın kollektivi jurnalisti məhkəməyə verdi

“Azdrama”nın kollektivi jurnalisti məhkəməyə verdi

Akademik Milli Dram Teatrının kollektivi jurnalist Rumiyyə Miraslanı məhkəməyə verib.

AzNews.az xəbər verir ki, buna səbəb jurnalistin sözü gedən teatr kollektivinin şərəf və layəqətini təhqir etməsidir.

Bu barədə teatrın aktyoru, Əməkdar artist Əli Nur məlumat verib. O, bildirib ki, türk dünyasının ana və baş teatrı olan Akademik Milli Dram Teatrının kollektivini “nakişilər” adlandıran, böyük sənət xadimlərinin şərəf və ləyaqətini təhqir edən jurnalist Yasamal Rayon Məhkəməsinə verilib.

Qeyd edək ki, jurnalist oktyabrın 27-də sosial şəbəkədə Xalq artisti Fuad Poladovun gedişi ilə bağlı “Kişilərin sözü bir olur…Kişilər də bizim kisəmizdən gedir, meydan nakişilərə qalır…”-deyə bildirib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın