Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanın ilk dəfə qatıldığı dünya çempionatı başlayır

Azərbaycanın ilk dəfə qatıldığı dünya çempionatı başlayır

Bu gün Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, millimizin ilk dəfə qatıldığı mundialın açılış oyununda Kuba və Misir komandaları üz-üzə gələcəklər.

F qrupunda yer alan Azərbaycan millisi isə ilk matçını sentyabrın 13-də Mərakeşə qarşı keçirəcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 03:00-da səslənəcək. İkinci oyun ayın 16-da İspaniyaya, qrupun son görüşü isə 3 gün sonra İrana qarşı olacaq.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın