Bazar ertəsi , May 27 2019
Ana səhifə / Siyasət / Azərbaycanda yenilik – “Aztelphone” xidməti yaradıldı

Azərbaycanda yenilik – “Aztelphone” xidməti yaradıldı

“Aztelekom” MMC-də yeni “Aztelphone” xidmətinin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Aztelekom” MMC-nin Baş direktoru Məhəmməd Məmmədov bildirib ki, “Aztelekom” MMC stasionar rabitə tarixində bir ilkə imza atıb. Yeni yaradılan və analoqu olmayan “Aztelphone” xidməti vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər”.
İKTŞ-nin müdiri Ədalət Abbasov bildirib ki, Azərbaycan vətəndaşları xaricə gedərkən, rabitədən istifadə etmək üçün məcburdurlar ki, rouminq xidmətinə keçsinlər. Bu da abunəçilərə əlavə xərclər bahasına başa gəlir. Bu xidmətin yaradılmasında da əsas məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir.

Şöbə müdiri bildirib ki, “Aztelphone” xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompyuterə, Planşetə və s) yükləməklə, daşınan telefon nömrəsində “zənglərin şərtsiz yönləndirməsi” servisini aktivləşdirib istər respublika daxilində, istərsə də xarici ölkədə internet şəbəkəsi olan hər hansı ərazidə daxil olan zəngləri qəbul etmək və yaxud bu nömrədən istənilən istiqamətlərə zəng etmək imkanına malik olur. Bu zaman lokal şəbəkədəki mənzil və ya xidməti telefonlarında olduğu kimi daşınan nömrədə də istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır.

Mobil operatorların “Rouminq” xidmətindən fərqli olaraq “Aztelphone” xidmətindən xariçi ölkələrdə istifadə zamanı hər hansı “Rouminq” və yaxud da bu xarakterli müqavilələrə ehtiyac yoxdur, yəni xidmət ödənişsizdir. Sadəcə daşınan (məsələn 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda internet şəbəkəsinin olması kifayət edir ki, xidmət aktivləşsin. Təbii ki, mehmanxana və s. yerlərdə də internet xidməti pulsuz olduğundan əlavə internet haqqının da ödənilməsinə ehtiyac qalmır.

Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompyuter) yazılan “Aztelphone” proqramı vasitəsilə daşınır”.

Şöbə müdiri onu da əlavə edib ki, abunəçi ölkə xaricində və respublikanın istənilən bölgəsində olduqda da ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər indiyədək tətbiq edilən mövcud tariflərə uyğun hesablanır. Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Eyni zamanda, Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu “Aztelphone” xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.

Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.

Həmçinin oxuyun

Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirəm”

“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan …

Bir cavab yazın