Bazar , Avqust 18 2019
Ana səhifə / Siyasət / Azərbaycanda qurbağa əti istehsal edən ferma işə başlayıb

Azərbaycanda qurbağa əti istehsal edən ferma işə başlayıb

Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.

Bu barədə azvision.az -a Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Komitə rəsmisi qeyd edib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün onlara müraciət edilib: “Sahibkar qurbağa ətini Fransaya aparmaq istəyirdi, bunun üçün sənəd lazım idi. Onun sənədlərini hazırladıq, mövcud sənədləşdirmədə problemlərini həll etdik. Dünya standartlarını araşdırdıq və ona lazımı sənədi verdik. Nəticədə sahibkar tərəfindən 2 min ton məhsul xaricə göndərilib”.

Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir: “Burada bataqlıqda olan qurba ətləri yığılmır. Xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir”.

Qeyd edək ki, Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb.

qur01 qur02

 

qur01

 

Həmçinin oxuyun

“Paşinyan bu təxribatçı çıxışı ilə Minsk Qrupunu yox elədi və Ermənistanı müharibəyə sürükləyir…”

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdəki çıxışı nəinki Azərbaycanda, elə düşmən ölkənin …

Bir cavab yazın