Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Arif Hacılı Ərdoğanı Qarabağı azad etməyə çağırdı

Arif Hacılı Ərdoğanı Qarabağı azad etməyə çağırdı

Azərbaycanının ən böyük müxalifət partiyalarından birinin – “Musavat”ın başqanı Arif Hacılı gözlənilməz bəyanatla çıxış edib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Dağlıq Qarabağı işğaldan azad etmək üçün türk ordusuna əmr verməyə çağırıb.

Virtualaz.org bildirir ki, A.Hacılı öz facebook səhifəsində yazıb: “Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.

Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT-i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya Təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir ?

Nədən və kimdən çəkinir?”

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın