Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Siyasət / Aqil Abbasdan soğan kollajına münasibət: “Onlara cavab verməyəcəm”

Aqil Abbasdan soğan kollajına münasibət: “Onlara cavab verməyəcəm”

Ağcabədidə iş və ucuzluq istəyən əhalinin etirazlarına cavab olaraq yanvarın 15-də icra hakimiyyətində görüş keçirilib. Görüşdə yazıçı, həmin bölgədən deputat seçilən Aqil Abbas da iştirak edib. Görüşün yekunları ilə bağlı “Azadlıq” dadiosunun suallarını cavablandıran deputat rayondakı işsizliklə bağlı “Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm h,a bunu. Mən də istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar”,-deyə Aqil Abbas bildirib.

Deputatın “soğan ək, ailəni saxla” ifadəsi birmənlı qarşılanmadığından, bu, ona qarşı bəzi hücumlara rəvac verib. Sosial şəbəkə istifadəçiləri artıq neçə gündür  Aqil Abbasın sözlərini müzakirə edir. Ona ironiya ilə yanaşanlar  da var, müdafiə edənlər də… Bəzi Facebook istifadəçiləri isə deputatın soğan satan yerdə kollajını hazılayıb və sosial şəbəkədə paylaşıblar.

Aqil Abbas Modern.az saytına danışarkən məsələyə konkret münasibət bildirmək istəməsə də, seçicilərinin ona etimad göstərdiyini vurğulayıb: “Bu da mənə bəsdir. Mən vətəndaşlarla görüş zamanı onların hər hansı narazılığı ilə qarşılaşmadım. Narazılıq, səs-küy salan sosial şəbəkə istifadəçiləridir. Mən konkret olaraq həmin adamlara cavab verməyəcəm. Mən işimi görürəm. Kim nə istəyir danışsın”.

 

 

sog1 sog2

Həmçinin oxuyun

İSBAM-la TADEF arasında əməkdaşlıq protokolu imzalandı

Müstəqilliyimizin 28-ci ildönümü günündə Türkəyənin Kocaeli şəhərində İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ilə …

Bir cavab yazın