Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / «AI-92» markalı benzin də bahalaşacaq? – Tarif Şurasından reaksiya

«AI-92» markalı benzin də bahalaşacaq? – Tarif Şurasından reaksiya

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində artım baş verib.

Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən “Aİ-95” premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir.

Qiymət artımnın Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi «AI-92» markalı benzinə hələ ki şamil ediləcəyi istisna edilmir.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a deyib ki, bu məsələ gündəmdə deyil:

“Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün “AI-95 Premium” markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir. «AI-92» markalı benzinin qiymətinin dəyişdirilməsilə bağlı isə Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

Qeyd edək ki, hazırda “Aİ-92” markalı benzinin qiyməti 0.70 AZN-dir.

Həmçinin oxuyun

Paşinyan danışıqlara hazırdır, amma şərt qoyur – Müharibə dayanmayacaq…

Rusiya KİV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada …

Bir cavab yazın