Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “40 müəllimin məsələsi nazirliklə birgə həll olunub”

“40 müəllimin məsələsi nazirliklə birgə həll olunub”

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, komitə sədri İsa Həbibbəyli bildirib ki, payız sessiyası ərzində 6 iclas keçirilib: “11 müxtəlif məsələ müzakirə edilib. Komitəyə 184 müraciət daxil olub. Onların bəziləri şikayət xarakterli olub. 71 zəruri məsələ isə araşdırılması üçün aidiyyatı qurumlara göndərilib. Neftçala və Kürdəmir rayonları üzrə 40 müəllimin ictimai narazılığa çevriləcək məsələsi isə Təhsil Nazirliyi ilə birgə həll olunub. Bu dövr ərzində “ Məktəbəqədər təhsil haqında” qanun layihəsini Milli Məclisdə I oxunuşda müzakirəyə çıxarmışıq. Yaz sessiyasında isə II, III oxunuşda müzakirə nəzərədə tutulur”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın