Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Yeni il bayramında 5 gün iş olmayacaq

Yeni il bayramında 5 gün iş olmayacaq

Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq.

“Report” xəbər verir ki, 2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir.

Beləliklə, Yeni il bayramında 5 gün iş olmayacaq.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın