Türkiyə ilə Suriya sərhədindəki Atme çadır şəhərciyinə bombalı hücum olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror hücumu Azad Suriya Ordusunun növbə dəyişikliyi zamanı baş verib. Hadisə nəticəsində 30 nəfər həlak olub.
İŞİD terror qruplaşması sosial media vasitəsilə açıqlama yayaraq məsuliyyəti üzərinə götürüb.