Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Şoyqunun Bakıdakı “taxta-şalban” izahatına reaksiyalar

Şoyqunun Bakıdakı “taxta-şalban” izahatına reaksiyalar

Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 12-16-sı aralığında cəbhənin Tovuz rayonu istiqamətində ermənilərin təxribatlarından sonra Ermənistan-Azərbaycan arasındakı hərbi əməliyyatlar zamanı Rusiyadan təcavüzkar ölkəyə daşınan və 400 ton həcmində dəyərləndirilən hərbi yük faktını etiraf etməyib. O, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündə ona deyib ki, bu daşınmalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materialları olub.

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə heç bir halda Rusiyaya inanmır: “Əlbəttə, Şoyqunun dediklərinə inanmaq olmaz. Rusiya Azərbaycana qarşı hər zaman addımlar atır, ölkəmizi blokadlara, embarqolara qoyur. Öz bazana nəsə aparmısansa, bunu ermənlərə verəcəksən. Artıq bunu təxmin etməmək mümkün deyil. Kremlin əleyhimizə atdığı addımların sayı hesabı yoxdur. Heç bir halda Rusiya və onun təmsilçilərinə inanmaq olmaz. Telekanallarındakı tok şoularında gecə-gündüz Azərbaycan, Türkiyə əleyhinə danışırlar, təbliğat aparırlar. Gəlirlər, yeyib-içib gedirlər. Üzdə sülh dili ilə danışırlar, arxada da öz işlərini görürlər. ”Dəniz kuboku”nun açılışı ilə əlaqədar Şoyqunun gəldiyi deyildi.

Hikmət Hacızadə: “Jirinovskini tibbi müayinədən keçirmək lazımdır”

Hikmət Hacızadə

Belə yarışırlar dostluq və əməkdaşlıq çərçivəsində nəzərdə tutulur. Amma belə hallardan bəzən istifadə olunur. Bu istifadə çərçivəsində rəsmi nümayəndələr gəlirlər, ciddi söhbətlər aparırlar. Hətta burada bir böyük adamın qaynanası rəhmətə gedəndə belə gələcəklər, dəfn edəcəklər, sonra da ciddi söhbətlər edib gedəcəklər. Belə halların az şahidi olmamışıq. Yasa görə gəlinmir ki… Bəhanə yaradıb  çərçivəsində ciddi söhbətlər aparırlar”.

Razi Nurullayev su problemi ilə bağlı çağırış etdi

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Rusiyanı özümüzə dost etməyin tərəfdarıdır: “Təbii ki, cənab Şoyqunun söylədiyi məsələlərlə bağlı dedikləri barədə birmənalı fikir söyləmək və ya dediklərinə inanmaq sadəlövhlük olardı. Amma inanmamaq üçün əlimizdə onlara təqdim edəcək ciddi faktlarımız da yoxdur. Təyyarələr uçub, nələrsə daşıyıb, boşaldıblar, təzədən geri qayıdıblar, bu faktlar var. Lakin təyyarələrin içərisində nələrin olduğunu çəkib onlara göstərə bilmirik. Dövlət işlərində, diplomatiyada birmənalı olaraq inam olmur. Hər zaman şübhəli olmalısan, nəyəsə inanıb yaxud inanmamalısan. Amma hazırda Rusiya ilə münasibətlərimizi gərginləşdirməyə ehtiyac görmürəm. Rusiya qonşu ölkədir, güclü bir dövlətdir. Dağlıq Qarabağ məsələsində də əsas sözə sahib bir ölkədir. Onun üçün də biz Rusiyanın diqqətini çəkməyə və onu özümüzə dost etməyə çalışmalıyıq. Bu yolla biz Dağlıq Qarabağ münaqişəsinin həllinə də yaxınlaşmış olarıq. Amma biz şimal qonşumuzu birmənalı olaraq kənara itələyib, onun Ermənistanın yanında birmənalı şəkildə dayanmasına göz yuma bilmərik, bunun üçün addım da ata bilmərik. Ona görə də düşünürəm ki, biz Kremllə daha strateji sahələrdə əməkdaşlıq edə, Rusiya ilə daha çox sahələrdə maraqlarımızı uzlaşdıra bilərik. Elə maraqlar olsun ki, bu bizim suverenliyimizə,  müstəqilliyimizə xələl gətirməsin, tərəfdaş, bərabər şəkildə tərəfdaş ölkələr kimi maraqlarımızı uzlaşdıraq. Azərbaycan hər zaman Rusiyanın yanında dayanıb. Bu ölkəyə qarşı sanksiyalarda yer almayıb. Beynəlxalq təşkilatlarda onun maraqlarını müdafiə edib. Əfsuslar olsun ki, biz Rusiyadan bu şəkildə müdafiə və dəstək görə bilmirik. Buna sadəcə təəssüf etmək olar. Amma istənilən halda mənə elə gəlir ki, Rusiyada daha çox siyasətçi, vətəndaşlar Azərbaycana inanmağa başlayıb, ölkəmizə rəğbəti artıb. Mənə elə gəlir ki, zaman ermənilərin deyil, azərbaycanlıların xeyrinə işləyir. Sadəcə olaraq bu zamanı tələsdirməli və onun yetişməsi üçün əlimizdən gələni etməliyik. Amma təəssüflər olsun ki, hazırda Azərbaycan Rusiya ilə lazım olan dildə və gücdə danışa bilmir. Bu da bizim kiçik bir dövlət olmağımızdan irəli gəlir”. Musavat.com

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …