Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Poliklinikada yoxa çıxan 10 yaşlı uşaq tapıldı

Poliklinikada yoxa çıxan 10 yaşlı uşaq tapıldı

Şənbə günü Bakıda Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı birləşmiş şəhər poliklinikasında itkin düşən 10 yaşlı oğlan tapılıb.

” Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, 32-ci Polis Bölməsinin əməkdaşları əqli qüsurlu Elçin Canqayev gecə saat 04 radələrində Qaraçuxur qəsəbəsində ara məhəllələrdən birində tapılıb. O, ailəsinə təhvil verilib.

Bildirilir ki, azyaşlı fikirlərini ifadə edə bilmir və gecə yarısından keçmişədək küçələrdə nəzarətsiz qalıb.

Qeyd edək ki, 10 yaşlı uşaq xalası ilə birgə xəstəxanada olarkən qəfil yoxa çıxmışdı.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın