Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Baku Electroniks”in iki mağazası bağlandı

“Baku Electroniks”in iki mağazası bağlandı

“Baku Electroniks”in iki dükanı bağlanıb.

 

Report xəbər verir ki, Şirkət xərclərin optimallaşdırılması planı çərçivəsində paytaxtdakı iki filialını bu günlərdə bağlayıb. Həmin obyektlərin işçiləri isə ödənilməyən məzuniyyətə göndərilib.

 

Qeyd edək ki, bağlanan mağazalar “Baku Electroniks”in Mərdəkan qəsəbəsi və “Metropark” Ticarət Mərkəzində yerləşən satış mərkəzləridir. Onların bağlanma səbəbi “Baku Electroniks”in ticarət dövriyyəsinin xeyli zəifləməsi ilə əlaqələndirilir.

 

Hər iki mağazada ümumilikdə 15 işçi olub.

 

Qeyd edək ki, “Baku Electroniks” 1994-cü ildə Bakıda bir mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın