Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Zakir Həsənov helikopterlərin döyüş təlimlərini izlədi – FOTOLAR

Zakir Həsənov helikopterlərin döyüş təlimlərini izlədi – FOTOLAR

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.

Moderator.az xəbər verir ki, döyüş atışlı təlimlərdə Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.
Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın