Cümə axşamı , May 2 2024
Ana səhifə / Müsahibə / Çingiz Abdullayev: Ay qız, sən bunu deyəndə bir fikirləş ki.. – VİDEO

Çingiz Abdullayev: Ay qız, sən bunu deyəndə bir fikirləş ki.. – VİDEO

“Mənim 44 günlük müharibə ilə bağlı 3 hekayəm çıxıb. Hazırda ssenari üzərində işləyirəm. Bu ssenari Şuşanın necə azad edilməsi haqqında olacaq. Mirşahin düz demir. Çünki yüzlərlə jurnalistlər, yazıçılar bu mövzuda yazıb və yazacaq”.

Bunu AYB-nın katibi, Xalq yazıçısı Çingiz Abdullayev Kulis.az-a müsahibəsində deyib.

Xalq yazıçısı ATV-nın əməkdaşını məhkəməyə verməsi barədə sualı da cavablandırıb:

“Mən onu heç məhkəməyə verməzdim. Siz özünüz yazmısız ki, son illər yazıçılara o qədər hücumlar olur, onlara yazığım gəlir. Anara, digər katiblərə qarşı. Mən buna görə məhkəməyə müraciət etməmişəm. Ona görə ki, bunu deyən adam fikirləşmirmi? Sən axı bunu deyəndə bu, bütün dünyaya yayılır. Pis-yaxşı, məni 34 dilə tərcümə ediblər. Mən 5 universitetin fəxri doktoruyam. Neçə şəhərin fəxri vətəndaşıyam. Neçə ölkə mənə orden verib. Azərbaycanda “Şöhrət”, “Şərəf” ordenləri almışam. Ay qız, sən bunu deyəndə bir fikirləş ki, bunu çıxarıb bizim qonşularımız göstərəcək, deyəcəklər, bax bunların mədəniyyəti, ədəbiyyatı budur”…

Sözügedən müsahibəni təqdim edirik:

Həmçinin oxuyun

Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Bəzi torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması problemlərə gətirib çıxarır. Belə ki, bəzi bələdiyyə sədrləri …