Ana səhifə / Kriminal / Bakıda məktəbdə bıçaqlanma – Açıqlama

Bakıda məktəbdə bıçaqlanma – Açıqlama

Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqıanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib.

Bakupost.az xəbər verir ki, məktəbdən bildirilib ki, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb.

“Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.

Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər” – deyə qeyd edilib.

Həmçinin oxuyun

“Bravo”ya silahlı hücumda öldürülən şəxsin bacısı: “Almaniyaya köçməyə hazırlaşırdı”

Bakının Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum zamanı qətlə yetirilən inkassator Rüfət Həşimov həmin hadisədə …