Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Müsahibə / Nazir cəbhə bölgəsindəki bəzi zabitləri cəzalandırdı

Nazir cəbhə bölgəsindəki bəzi zabitləri cəzalandırdı

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan kadr dəyişiklikləri ilə bağlı rəsmi açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur: “Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçulara bir neçə dəfə xəbərdarlıq olunub. Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib.
Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək. Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik”.
*     *      * 
10:58
Son günlər Müdafiə Nazirliyində gözlənilməz kadr dəyişiklikləri, Zakir Həsənovun işlərində səhvlərə yol verən, qanunları pozan yüksək rütbəli zabitlərin işdən azad edilməsi prosesi davam edir. Neqativ hallara yol verən şəxslər içərisində hətta həbs edilənlərin də olduğu artıq faktdır.
Belə bir ərəfədə aznews.az işdən çıxarılan nazirlik işçilərinin siyahısını əldə edib.
Həmin siyahını təqdim edirik:
1. Hərbi Hava Hücumlarından Müdafiə Qoşunlarının rəisi, polkovnik-leytenant Tofiq Abbasov;
2. Silahlı Qüvvələrin Avtomobil Xidməti rəisi, polkovnik Kamran Məlikov;
3. Silahlı Qüvvələrin Yanacaq Xidməti rəisi, polkovnik Hüseyn Vəliyev;
4. Silahlı Qüvvələrin Zirehli Tank Xidməti rəisi, polkovnik Elxan Hüseynov;
5. Silahlı Qüvvələrin Ərzaq Xidməti rəisi, polkovnik Malik Qurbanov;
6. Silahlı Qüvvələrin Raket- artileriya silahları rəisi-Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik Yaqub Əhədov.
Bunlardan başqa Silahlı Qüvvələrin Baş İnspeksiyası İdarəsinin 25 nəfərə yaxın zabit heyətinin hamısı vəzifədən azad edilib. Onların əksəriyyətinə cinayət işi açılıb. 5 nəfər isə həbs edilib. İşdən azad edilənlər arasında Milli Qəhrəman, general-mayor Fəxrəddin Cəbrayılov da var (5 nəfər yüksək rütbəli zabitlərin həbsi barədə bir neçə gün əvvəl məlumat yayılmışdı).
Məlumat üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz siyahıdakı şəxslərin hamısı həmin vəzifələrə Zakir Həsənov nazir təyin ediləndən sonra gətirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Z.Həsənovun işdən azad edilən müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayevin xalası oğlu polkovnik-leytenant Qəhrəman Ağayev dünən nazirin əmri ilə Tikinti İşləri üzrə İdarənin rəisi vəzifəsindən azad edilib. Onun vəzifədən çıxarılmasının səbəbi yol verdiyi qanun pozuntuları olub.

 

Həmçinin oxuyun

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi: – Rasim müəllim, yeni mədəniyyət nazirindən hansı gözləntiləriniz var? Sizcə, …

Bir cavab yazın