Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Müsahibə / İki günə 6 erməni əsgəri məhv edilib – Ölənlərin adları

İki günə 6 erməni əsgəri məhv edilib – Ölənlərin adları

Ötən həftə cəbhədə təxribatlara əl atan düşmən tərəfi ciddi itkilərə məruz qalıb. 16 və 17 iyun tarixlərində Ermənistan ordusunun 6 hərbi qulluqçusu məhv edilib.

AzVision.az Qarabağda məhv edilən erməni əsgərlərin adlarını təqdim edir:

Arayik Rudik Matinyan

Vigen Jirayr Petrosyan

Vardan Tsovak Sarkisyan

Myasnik Martin Ovannisyan

Vardan Armen Harutyunyan

Narek Tiqran Qasparyan

Qarşıdurma xəttində baş verən toqquşmalar zamanı bir neçə erməni əsgəri isə ağır güllə yarası alıb. Yaralı hərbçilər yerli hospitallara yerləşdirilib.

Ermənistanın Müdafiə Nazirliyi yaralıların sayını və adlarını indiyədək açıqlamayıb. Erməni KİV-lərində yer alan xəbərə görə, Yuri Zakaryan Qarabağdakı döyüşlərdə yaralanıb. O, ölümcül vəziyyətdə Xankəndidən İrəvan hospitalına köçürülüb. Digər yaralılardan isə xəbər yoxdur.

Həmçinin oxuyun

“”Beşinci kolon”müqavimət göstərmək fikrində olsa da, heç nəyə nail ola bilməyəcəklər”

Azərbaycan Vətən müharibəsini zəfərlə başa vurdu. Müharibə bitsə də, Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə cəhd göstərən …

Bir cavab yazın