Çərşənbə , İyun 19 2019
Ana səhifə / Müsahibə / Hərbi xidmətə növbəti çağırış başlayır

Hərbi xidmətə növbəti çağırış başlayır

Prezident İlham Əliyev mayın 31-də Azərbaycan vətəndaşlarının 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Virtualaz.org bildirir ki, sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Həmçinin oxuyun

Azərbaycanlı pilot qardaşlar: İkimizi eyni təyyarəyə buraxmırlar

Atalarının davamçısı olan iki qardaş – söhbət bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə məşhurlaşan pilot …

Bir cavab yazın