Şənbə , Yanvar 23 2021
Ana səhifə / Müsahibə / Ermənilər Ağdamda qəbiristanlığı, Tərtərdə çobanları atəşə tutdu

Ermənilər Ağdamda qəbiristanlığı, Tərtərdə çobanları atəşə tutdu

Ağdamda Novruz bayramı ilə bağlı yaxınlarının məzarlarını ziyarət etmək istəyən cəbhəyanı kənd sakinləri ermənilər tərəfindən atəşə tutulub.

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında havanın dumanlı olmasından istifadə edən Mirəşelli, Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin sakinləri qəbirləri ziyarətə gediblər. Duman çəkilən kimi erməni silahlı bölmələri kənd sakinlərini atəşə tutub. Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb.

Ermənistan silahlı qüvvələri işğal altındaki Talış kəndi istiqamətindən Tərtər rayonunun Çaylı kəndini də atəşə tutub. Region TV bildirir ki, təmas xəttinin yaxınlığında heyvan otaran kənd sakinləri Alqayıt və Rəşad Şahvələdov qardaşları 10 dəqiqəyə yaxın atəş altında qalıb.

Əsasən yüngül atıcı silahlardan istifadə edən düşmən Şuşa rayon məcburi köçkünü Qara Şahvələdova məxsus dörd baş xırda heyvanı vurublar. Heyvanlardan 2-si ölüb 2-si yara alıb.

Xoşbəxtlikdən Şahvələdov qardaşları xəsarət almayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Həmçinin oxuyun

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, …

Bir cavab yazın