Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Müsahibə / Erməni əsgər İlham Əliyevdən kömək istədi – MƏKTUB

Erməni əsgər İlham Əliyevdən kömək istədi – MƏKTUB

Erməni əsgər İlham Əliyevə kömək üçün müraciət edib.

Bir müddət əvvəl Bakını tərk etmiş məşhur erməni ictimai fəalı Vaan Emilyeviç Martirosyan həmin məktubu haqqin.az və virtualaz.org saytlarının redaksiyasına göndərib.

I Qarabağ müharibəsi əlilinin Azərbaycan prezidenti İlham Əliyevə açıq müraciətində olduqca emosional məqamlar var.

Ermənistanın Eçmiyədzin rayonunun Arşaluys kəndinin sakini Kadjazuna Ayrapetyan öz problemlərini tam səmimi olaraq ifadə edib, indiki erməni hakimiyyətinin idarə metodlarını təsvir edərək, ona öz etirazını bildirib.

Məktubda erməni veteran Azərbaycan Silahlı Qüvvələrinə qarşı vuruşduğunu etiraf edib və bunun səbəblərini açıqlamaqda aciz olduğunu bildirib. İlham Əliyevdən maliyyə yardımı istəyən veteran bu vəsaiti özünə protez qoydurmaq üçün xahişı edir. Müharibə zamanı ayağını itirən birinci qrup əlil Ermənistan dövlətinin verdiyi pensiyanın dərmanlara güclə çatdığını bildirib.

Qarabağ veteranı 25 ildir ki, hökumətdən ev ala bilmədiyini, 7 nəfərlik ailəsi ilə balaca mənzildə yaşadığını vurğulayıb: “Mən kommunal xidmətlərə görə ödəniş edə bilmirəm, budur artıq 4 ildir bizdə elektrik və su yoxdur. Uşaqların təhsil haqqını ödəyə bilmədiyim üçün universitetdən qovdular. Mənim bu vəziyyətim eyni ilə digər veteran dostlarımın da başına gəlib. Bir çoxu sadəcə aclıqdan küçələrdə ölürlər. Qarabağ veteranları “bomj” kimi yaşayırlar”.

İlham Əliyevdən veteranlara kömək etməyi xahiş edən veteran bildirir: “Bizə xeyir əlini uzatsanız Robert Koçaryanı, Serj Sarkisyanı, həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı Azərbaycana təslim edərdik. Yəqin ki, azərbaycanlılar məhz bunu gözləyirlər”.

Erməni veteran Azərbaycanın kriminal hakimiyyətlə mübarizə apardığını və bu yolda bütün köməkliyi göstərməyə hazır olduqlarını bildirib.

Həmçinin oxuyun

“Əli Həsənov mənə dedi ki, çıxıb efirlərin birində Rüstəm İbrahimbəyovu söyüm”

Müsahib əməkdar artist, Azərbaycanın tanınmış kinorejissoru və aktyoru Elxan Qasımovdur. Xatırladaq ki, Elxan Qasımov hələ …

Bir cavab yazın