Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Müsahibə / Bakıdan müharibə xəbərdarlığı – Azərbaycan savaş hazırlığı içində

Bakıdan müharibə xəbərdarlığı – Azərbaycan savaş hazırlığı içində

Sülhdən qaçan işğalçı: nəyi seçəcəksə, onu alacaq!; Ali Baş Komandan və müdafiə nazirinin son mesajlarının arxasındakı əsas hədəf və gözləntilər; Azərbaycanın diplomatik cəbhədəki fəallığı hərbi cəbhədə hazırlıq işləri ilə paralel gedir…

Ötən həftəsonu Qarabağ mövzusuna dair bir neçə mühüm və diqqətçəkici məqamlarla yadda qaldı. Onlardan biri sözsüz ki, qanunlarımızı pozan blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası hadisəsi oldu. Ötən saylarımızda qeyd elədiyimiz kimi, bu, şəksiz ki, rəsmi Bakının İrəvan üzərində ciddi diplomatik və psixoloji uğurudur.

Həm də o səbəbdən ki, Lapşin olayı erməni siyasi elitasını və cəmiyyətini xeyli dərəcədə silkələyib, onları Qarabağla bağlı növbəti xəyal qırıqlığına uğradıb. Bənzər silkələnmə və xəyal qırıqlığı ötən ilin aprelində baş vermiş 4 günlük müharibədən sonra yaşanmışdı. Beləcə, işğalçı ölkə apreldə Azərbaycandan aldığı hərbi zərbənin ardınca indi də diplomatik alanda yaxşı zərbə yedi. Hər necə olmasa, ermənilərin hay-küyünə və canfəşanlığına rəğmən, bloggerin ekstradisiyası Qarabağ münaqişəsi tarixində Azərbaycanın xeyrinə işləyən ilk mühüm presedent hesab olunur.

***

Image result for lapşin Bakıda
Erməniləri isterikaya salan Lapşin sindromu fonunda ikinci mühüm məqam Azərbaycan prezidentinin şəhid əsgərimiz Çingiz Qurbanova Milli Qəhrəman adının verilməsi ilə bağlı onun ailə üzvlərini qəbul edərkən söylədiyi prinsipial fikirlər oldu. Ölkə başçısı xüsusi vurğuladı ki, aprel döyüşləri Azərbaycanın daxili işidir. Yəni ki, Qarabağ məsələsi də müstəsna olaraq, bizim daxili işimizdir.

manşet kollaj 13 fevral.jpg (708 KB)
Bu mesaj, əlbəttə ki, ən əvvəl “Dağlıq Qarabağda müharibə təkcə Azərbaycanın daxili məsələsi deyil”, bəyanatını verən Rusiya XİN başçısı Sergey Lavrova cavab idi – özü də kifayət qədər kəskin tonda verilmiş cavab. Bunu Bakının lazımi ünvanlara müharibə xəbərdarlığı kimi də qəbul eləmək olar. Təbii ki, öncə Rusiyanın forpostu – son zamanlar cəbhə xəttində ağır hərbi texnikadan istifadə eləməklə təxribatlarını artıran işğalçıya ünvanlanıb.

Image result for Zakir Həsənov İlham Əliyev
Azərbaycan prezidentinin həmin bəyanatı üstəlik Lapşinin Azərbaycana təhvil verildiyi və məsələnin aktual olduğu günlərdə səsləndirməsi ikiqat önəm daşıyır. Çünki yenə məhz Lavrov heç bir hüquqi əsas olmadan və siyasi-diplomatik etiketi gözləmədən Lapşinin Azərbaycana ekstradisiyası əleyhinə qalxmış, üstəlik, işğal altındakı Dağlıq Qarabağa bu kimi qanunsuz ziyarətlərə haqq qazandırmış, belə səfərləri təşviq eləmişdi. Lavrov artıq Lapşinlə bağlı məsələdə də layiqli cavabını almış sayıla bilər.
***

Related image
Prezidentin bəlli ünvanlara sərt ismarışlarının ardınca – fevralın 11-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirənin keçirilməsi də xüsusi diqqət çəkir və fikrimizcə, təsadüf sayıla bilməz.
Xatırladaq ki, nazirliyin mətbuat xidmətinin yaydığı xəbərə görə, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib.

Image result for Lavrov
General-polkovnik Z.Həsənov bütün kateqoriyalardan olan komandir və rəis heyətinə xidməti döyüş fəaliyyətinin artırılması, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.
Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi işinin qəhrəmanlıq nümunələrinə əsaslanaraq həyata keçirilməsi, hərbi qulluqçuların Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub. Müdafiə naziri cəbhə xəttində düşmənin fəaliyyətinin daim izlənilməsi, bütün istiqamətlərdə hərbi üstünlüyün və təşəbbüsün əldə saxlanılması, o cümlədən düşmən təxribatlarına qarşı dərhal və təsirli tədbirlərin görülməsi ilə bağlı müşavirə iştirakçıları qarşısında konkret tapşırıq qoyub.

Image result for Zakir Həsənov
Bir daha qeyd edək ki, son günlər təmas xəttində vəziyyətin gərginləşməsi müşahidə olunur. Ağır silahlar yenidən işə düşüb və Azərbaycan Müdafiə Nazirliyi düşmənin diversiya qrupunun top atəşi ilə məhv edilməsinə, habelə canlı qüvvə daşıyan hərbi maşınına zərbə endirilməsinə dair görüntüləri yayıb. Erməni qüvvələrinin son günlər bir neçə əsgər və zabitini itirdiyi də məlumdur.
*****
Həm Ali Baş komandanın son açıqlamalarını, həm də hərb nazirimizin son göstəriş və təlimatlarını ümumiləşdirsək, bu qənaətə gəlmək olar ki, bütün bunlar əslində işğalçı və havadarına növbəti müharibə xəbərdarlıqdır, düşmənin arxayınlaşmasına heç bir əsas olmadığı haqda ismarışdır. Digər qənaət: Azərbaycan paralel surətdə ön cəbhədə savaş hazırlıqlarını gücləndirib ki, bu da düşmənə başqa bir xəbərdarlıq ismarışı sayıla bilər.
Yəni əsas mesaj belıdir ki, Lavrov kimilərin nə deməsinə baxmayaraq, Azərbaycan xalqı öz ərazilərini istənilən yolla azad eləmək hüququna malikdir və bu hüququ kimsəyə verməyib, heç vaxt da verməyəcək. Müxtəsəri, işğalçı sülhdən qaçmaqda davam edəcəksə, o halda yeni və daha böyük itkilərə hazır olmalıdır. Bakının bir mesajı da budur.

Həmçinin oxuyun

Mənfi obrazı canlandırmaq xoşdur, aktyorlar sevgili olmamalıdır

“Möhtəşəm yüz il”, “Gülpəri” və “Eşkiya dünyaya hökmdar ola bilməz” seriallarındakı rolları ilə tanınan türk …

Bir cavab yazın